Xəzər Xəbər

Əhalinin banklardakı əmanəti açıqlanıb

İqtisadiyyat | 19:15 • 24 Noyabr 2022
Əhalinin banklardakı əmanəti açıqlanıb

Bu ilin 9 ayında əhalinin banklarda əmanəti 27 faiz artaraq 11 milyard manata çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.

O bildirib ki, hesabat dövründə əhalinin dollarlaşma səviyyəsi 39,2 faiz təşkil edib. Bankların balans kapitalı 5,3 milyard manata, cəmi mənfəəti 1 milyard manata, xalis mənfəəti isə 683 milyon manata çatıb.

Xəbər lenti