Xəzər Xəbər

Pakistandan Azərbaycana düyü idxalı gömrük rüsumundan azad edilib

İqtisadiyyat | 19:22 • 22 Noyabr 2022
Pakistandan Azərbaycana düyü idxalı gömrük rüsumundan azad edilib

Pakistan İslam Respublikasından Azərbaycana idxal olunan düyü 15 faiz gömrük rüsumundan azad edilir.

Xezerxeber.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib. 

Pakistan İslam Respublikasından həmin ölkə mənşəli düyü 31 dekabr 2027-ci il tarixinədək idxal gömrük rüsumundan azad edilir.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Xəbər lenti