Xəzər Xəbər

Bakıda daha bir metrostansiyanın tikintisi davam etdiriləcək

İqtisadiyyat | 16:00 • 22 Noyabr 2022
Bakıda daha bir metrostansiyanın tikintisi davam etdiriləcək

Bakı metropoliteninin Yaşıl xətti üzrə yerləşən, şərti adı Y-15 olan "Həzi Aslanov-2" stansiyasının tikintisi gələn il davam etdiriləcək.

Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, hazırda tikinti işləri müvəqqəti dayandırılıb.

"Hazırda "Həzi Aslanov-2" stansiyasında tikinti getmir. Amma stansiyanın böyük bir hissəsi tikilib. Gələn il müəyyən şərtlər daxilində biz stansiyanın tikintisini davam etdirə bilərik. Tikinti üçün Bakı metropoliteninin kifayət qədər imkanları var", - Ə.Osmanov bildirib.

Xatırladaq ki, Bakı metropoliteninin hazırda 26 stansiyası, 1 elektrik deposu və 38,8 kilometr uzunluğunda 3 xətti var.

Xəbər lenti