Xəzər Xəbər

Ətdən imtina arzuolunmaz fəsadlar yarada bilər

İqtisadiyyat | 23:32 • 21 Noyabr 2022
Ətdən imtina arzuolunmaz fəsadlar yarada bilər

Ətdən imtina etmək qərarına gələn insanlarda zaman keçdikcə dəmir çatışmazlığı inkişaf edir, çünki rasionda məhz ət onun əsas mənbəyidir. Bu proses qanazlığı ilə nəticələnə bilər. Diyetoloq Yelena Tixomirovanın sözlərinə görə, insan ətdən imtina etmək qərarına gələndə zaman keçdikcə çox ləng şəkildə inkişaf edən dəmir çatışmazlığı yaranır.

Xezerxeber.az “MedikForum”a istinadla xəbər verir ki, tədricən bu vəziyyət qanazlığına keçir ki, bu halda eritrositdə hemoglobinin ümumi konsentrasiyası azalır, serum dəmiri və ferritin azalır.

Diyetoloq xəbərdarlıq edib ki, dəmir çatışmazlığı anemiyası arzuolunmaz nəticələrə gətirə bilər. Bu problemi olan insanlar güclü yorğunluq, zəiflikdən əziyyət çəkir, beyin fəaliyyəti zəifləyir, əzələ toxumasının tonusu azalır. Mövcud olan anemiyada orqanizm kifayət qədər oksigen almır.

Eyni zamanda, həkim qeyd edib ki, ətdən qısamüddətli imtina sağlamlığa zərbə vurmayacaq. Yağlı qırmızı ətin ümumilikdə yalnız az miqdarda istehlak edilməsi tövsiyə olunur, rasionda diyetik ət növləri üstünlük təşkil etməlidir. Bundan başqa, əlavə məhsullar faydalıdır – bunlar nevroloji sağlamlıq üçün çox vacib olan B qrupu vitaminlərinin zəngin mənbəyidir.

Xəbər lenti