Xəzər Xəbər

Azərbaycanda nəm salfet istehsal edən şirkətə güzəştli kredit ayrılıb

İqtisadiyyat | 15:38 • 21 Noyabr 2022
Azərbaycanda nəm salfet istehsal edən şirkətə güzəştli kredit ayrılıb

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Azərbaycanda yerli istehsala dəstək tədbirləri çərçivəsində "V-VVV" MMC-yə nəm salfet istehsalı üçün 200 min manat güzəştli kredit ayırıb.

Xezerxeber.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov tviter hesabında qeyd edib.

"Sahibkarlara dəstəyin prioritet istiqamətlərindən biri kiçik və orta biznesin iqtisadiyyatın aparıcı amilinə çevrilməsidir", - deyə nazir əlavə edib.

Xəbər lenti