Xəzər Xəbər

Azərbaycanda koronavirusa yeni yoluxma sayı açıqlandı

İqtisadiyyat | 16:33 • 1 Oktyabr 2022
Azərbaycanda koronavirusa yeni yoluxma sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 821532 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 810730 nəfər müalicə olunaraq sağalıb, 9919 nəfər vəfat edib, aktiv xəstə sayı 883 nəfərdir. Ölkədə son sutka ərzində 2656, hazırkı dövrədək isə 7252623 test aparılıb.

Xəbər lenti