Xəzər Xəbər

Bakıda bal yarmarkası təşkil edilib FOTO

İqtisadiyyat | 15:30 • 1 Oktyabr 2022
Bakıda bal yarmarkası təşkil edilib

Bu gündən etibarən Bakıda bal yarmarkası başlayıb.

Xezerxeber.az xəbər verib ki, yarmarkada 120 ton məhsul satışa çıxarılıb. Bunun 100 tonu süzmə bal, 20 tonu isə şan şəkilində olan məhsullardır. İlk dəfədir ki, arıçılıq təsərrüfatları olan bütün rayonlardan məhsul satışa çıxarılıb. Yarmarkada satılan arıçılıq məhsulları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında yoxlanılıb. Yarmarkada ölkənin bütün bölgələrindən arıçılar iştirak edir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirib ki, yarmarkada Azərbaycanın bütün iqtisadi zonalarından və ilk dəfə olaraq Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonasından fermerlər öz məhsullarını satışa çıxarıblar.

Qeyd edək ki, yarmarka oktyabrın 20-dək fəaliyyət göstərəcək. Alıcılar hər gün saat 09:00-dan 19:00-dək keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri yüksək olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.

Rubrikanın digər xəbərləri

Xəbər lenti