Xəzər Xəbər

Bakıda ticarət dövriyyəsinin həcmi artıb

İqtisadiyyat | 13:25 • 1 Oktyabr 2022
Bakıda ticarət dövriyyəsinin həcmi artıb

Cari ilin yanvar-avqust aylarında paytaxtın ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq 17 milyard 506,6 milyon manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən xezerxeber.az-a bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artaraq 9 milyard 676,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,8 faiz artaraq 7 milyard 830,4 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Xəbər lenti