Xəzər Xəbər

Dollar bir az da BAHALAŞDI - Məzənnə tədricən 2001-ci ildəki səviyyəyə yüksəlir

İqtisadiyyat | 17:42 • 28 Sentyabr 2022
Dollar bir az da BAHALAŞDI - Məzənnə tədricən 2001-ci ildəki səviyyəyə yüksəlir

ABŞ milli valyutasının ümumi dəyərini ifadə edən Dollar İndeksi bu gün bir qədər də bahalaşaraq 114,5 səviyyəsinə çatıb. 

Dolların bahalaşması prosesi 2021-ci ilin mayından müşahidə edilir. Həmin tarixdə indeks 90 səviyyəsində idi və ötən müddətdə dollar 27 faizdən çox bahalaşıb. 

Dollarda bahalaşma sentyabrda bir qədər də güclənib. Sentyabrın 12-də 108 olan indeks hazırda 114,5 həddindədir. Qısa müddətdə indeks 6 faiz yüksəlib. 

Bəs dollar bundan sonra nə qədər yüksələcək? 

Qeyd edək ki, dolların bahalaşması sadəcə ABŞ-dan asılı olan məsələ deyil. Dolların məzənnəsinə ən güclü təsiri avro edir. Avrodan başqa funt sterlinq, yen, İsveçrə frankı, İsveç kronu və Kanada dollarının vəziyyəti də dollara təsir imkanına sahibdir. 

Avronun dollara təsir imkanı 57 faizdir. Buna görə də, avrozonada iqtisadi vəziyyət dolları asanlıqla bahalaşdıra və ya ucuzlaşdıra bilir. Son aylarda ABŞ mərkəzi bankının yüksək inflyasiya ilə mübarizə məqsədilə faizləri bir neçə dəfə artırması müqabilində Avropa Mərkəzi Bankının daha mühafizəkar davranması yanaşma tətbiq etməsi səbəbdən avro ucuzlaşır, dollar isə bahalaşır. 

Əgər qarşıdakı aylarda da ABŞ-ın faizləri daha çox artırması müşahidə edilərsə, dollar bir qədər də bahalaşacaq. Dollar İndeksinin 2001-2002-ci illərdə olduğu kimi 120 səviyyəsinə çatması real görünür. /sfera.az

Xəbər lenti