İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 27-də növbəti hərrac keçirilib. Hərracda 13 nəqliyyat vasitəsi satılıb.
Dövlət Xidmətindən xezerxeber.az-a bildirilib ki, nəqliyyat vasitələrinə edilən sifarişlərin çoxluğu hərracı rəqabətli edib. İlkin satış qiyməti 3250 manata olan “Subaru Forester” markalı avtomobilə edilən ən son təklif 9950 manat olub. Satılan nəqliyyat vasitələri əsasən Rusiya istehsalı olan avtomobillərdir.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/32AsZQ).
Məlumat üçün bildiririk ki, növbəti hərraclar oktyabrın 4, 11,18, 25-də keçiriləcək. Hərraclara ümumilikdə 6 səhmdar cəmiyyətinin səhm paketi, 40 kiçik dövlət müəssisə və obyekti, 130 nəqliyyat vasitəsi çıxarılacaq.