Xəzər Xəbər

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

İqtisadiyyat | 23:30 • 27 Sentyabr 2022
Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Bank sistemi üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 180 min ədəd artaraq 12 milyon 609 min ədəd təşkil edib.

Xezerxeber.az Mərkəzi Banka istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22,9 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 22,4 faiz, kredit kartları üzrə 26,7 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 117 min, kredit kartları 341 min, digər kartlar isə 1,8 milyon ədəd artıb.

Xəbər lenti