Xəzər Xəbər

Dollarla bağlı vacib xəbər - Manatı nə gözləyir?

İqtisadiyyat | 14:34 • 22 Sentyabr 2022
Dollarla bağlı vacib xəbər - Manatı nə gözləyir?

ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,75 faiz artırıb. Sözügedən bank yenidən maliyyələşmə dərəcəsini 3-3,25%-ə qaldırılıb. Bu isə son bir neçə ildə qeydə alınan rekord göstəricidir. Çünki dolların bahalaşması funt sterlinq və avro kimi xarici valyutaların 20 illik minimumunu yeniləyib.

Baş verən iqtisadi prosesdən avro və sterlinqin ziyan çəkməsi insanı milli valyutamız olan manatın aqibəti barədə düşünməyə vadar edir. 

Yaşananlara münasibət bildirən yerli ekspertlər, narahatlığa heç bir əsas olmadığını, dolların bahalaşmasının manatın məzənnəsinə təsir etməyəcəyini bildiriblər.

Bu barədə açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov Azərbaycanın neft ölkəsi olması, dünya bazarlarında isə neftin qiymətinin yüksək olması səbəbindən baş verənlərin milli valyutamızdan təsirsiz ötüşəcəyini vurğulayıb:

"Azərbaycan manatı faktiki olaraq ABŞ dollarına münasibətdə kilitlənmiş məzənnə siyasəti həyata keçirir. Bu gün manatın məzənnəsi dollara münasibətdə formalaşır. Digər valyutalar isə çarpaz formada hesablanır. İndiki halda manatın dollara məzənnəsində heç bir dəyişiklik baş verməyəcək. Çünki bu uçot dərəcəsindən çox dünya bazarında neftin qiymətinin, ölkənin təbiyyə balansı kimi göstəricilərillərlə daha çox əlaqəlidir. Buna görə də yanaşma dəyişməyəcək. Sabit siyasət qaldığı yerdən davam edəcək. Əvəzində isə manat xarici valyutalara, yəni avro, türk lirəsi, rubl və funtsterlinq qarşısında möhkəmlənəcək".

Ekspert qeyd edib ki, proqnozlaşdırılan dəyişiklikdən sonra Azərbaycan hökumətinin manatın məzənnəsini qorumaq üçün artıq pul buraxmağına ya da əlavə əməliyyatlar keçirməsinə ehtiyac yoxdur. Uzun müddətdir ki, manatın məzənnəsinə dollara nisbətdə sabit saxlanılmasına pul xərclənmir.

Rəşad Həsənov manatın məzənnəsinin sabit qalacağını desə də, Azərbaycanın iqtisadi tərəfdaşları ilə həyata keçirdiyi ticarət əlaqələrinə yəni ixraca qismən də olsa mənfi təsir edəcəyini bildirib:

"Məzənnə ilə bağlı heç  bir dəyişiklik baş verməyəcək. Dolların bahalaşmasının ölkəmizə dolayı təsirləri olacaq. İxrac qabiliyyətində zəifləmə baş verəcək. Ticarət tərəfdaşları ilə münasibətdə Türkiyə, Rusiya, İran, Gürcüstan kimi ölkələrdən idxal cəlbediciliyi artacaqdır".

İqtisadçı-ekspert dolların xarici valyutalar qarşısında bahalaşmasının qonşu ölkələrə onların daxili siyasətində asılı olaraq fərqli formalarda təsir edəcəyini də açıqlayıb:

"Bu təsir hər bir ölkənin siyasətindən aslı olaarq müxtəlif formada olacaq. Məsələn, Rusiyada rubl zəifləyir. Qonşu ölkədəki müharibə riski və səfərbərliklə bağlı qəbul edilən qərar və FED-in uçot dərəcəsinə etdiyi düzəliş birləşərək rublu ucuzlaşdırır. Amma Azərbaycan, Səudiyyə Ərəbistanı kimi ölkələrdə ciddi risk gözlənilmir. Hətta Qazaxıstanda da bugünkü şərtlər altında heç bir risk olmayacaq. Məzənnə siyasətinin forması əhəmiyyətlidir. Bu siyasət üzən məzənnə siyasətidir. Bizdə isə diqtə siyasəyti həyata keçirilir"./baku.ws

Xəbər lenti

Çox oxunanlar