Xəzər Xəbər

Mərkəzi Bankdan kreditlərlə bağlı VACİB AÇIQLAMA

İqtisadiyyat | 17:10 • 18 Avqust 2022
Mərkəzi Bankdan kreditlərlə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda malların nisyə satışı ilə məşğul olan təşkilatlarının məlumatların Kredit Bürosuna ötürülməsinin təşviq olunması gələcəkdə məlumat bazasının daha da genişlənməsinə imkan verəcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Bildirilir ki, “kreditə malların satışı” dedikdə Azərbaycan Respblikasının mülki qanunvericiliyinə uyğun olaraq malların nisyə satışı (malların dəyərinin hissə-hissə ödənilməsi) başa düşülməlidir.

“Nisyə alqı-satqısı ilə bağlı borclar barədə məlumatların Azərbaycan Kredit Bürosunun (AKB) məlumat bazasına daxil edilməməsi potensial borcalanların ödəniş qabiliyyətinin düzgün qiymətləndirməsinə çətinlik yarada bilər və son nəticədə bankların kredit portfelinin keyfiyyətinə də mənfi təsir göstərə bilər.

Ona görə də, Mərkəzi Bank Kredit Bürosu qarşısında məsələni qaldırmış və büro ilə aktiv müzakirələr aparılıb. Bu müzakirələr nəticəsində bir sıra nisyə satışla məşğul olan təşkilatla və Kredit Bürosu arasında müqavilələr imzalanıb və büronun bazasına məlumatların yüklənməsi prosesinə başlanılıb”, - AMB-dən bildirilib.

Qeyd edək ki, son illər ticarət obyektləri aktiv şəkildə kreditə mallarının satışını həyata keçirirlər. Lakin həmin borcalanlar banklara müraciət etdiyi halda ticarət obyektlərinə olan borcları hec bir məlumat bazasında (Kredit Bürosu kimi) əks olunmadığı üçün rahat şəkildə istədiyi məbləğdə kredit ala bilərlər. Bu, gələcəkdə bankların və ya qeyri-bank təşkilatların böyük risk altına ata bilər.

Xatırladaq ki, Azərbaycan Kredit Bürosu ölkənin qabaqcıl 8 bankı tərəfindən 2018-ci ildə təsis edilib və hazırda ərəfdaşlarının sayı 201-ə çatıb. Bunlar 47 bank (21-i ləğv prosesindədir), 61 bank olmayan kredit təşkilatı (BOKT, 5-i ləğv prosesindədir), 35 kredit ittifaqı, 22 sığorta şirkəti (2-si ləğv prosesindədir), 7 lizinq şirkəti, 1 faktorinq şirkəti, 1 kollektor agentliyi, 18 hissəli satış şirkəti (mağaza), 3 mobil operator, 3 kommunal xidmət müəssisəsi və 3 dövlət qurumudur.

Kredit Bürosu borc alanlar və potensial müştərilərin kredit tarixçəsi, rüsum və cərimələrin ödənişi, girovları, kommunal borcları və s. barədə informasiyaları toplayıb saxlayan və qanunla nəzərdə tutulmuş qaydada maliyyə təşkilatlarına ötürən məlumat bazasıdır.

Xəbər lenti

Parisdə bazar yanır FOTO
19:22 • 25 Sentyabr 2022