Xəzər Xəbər

Azərbaycanda 9 kəndin qazı kəsilib

Səbəb yanğın baş verməsidir
İqtisadiyyat | 19:52 • 15 Avqust 2022
Azərbaycanda 9 kəndin qazı kəsilib

Şabran rayonunda baş verən yanğına görə 9 kəndin qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən xezerxeber.az-a verilən məlumata görə, bu gün Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunub.

Yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində "Taxtalar" QPS-dən qidalanan Zeyvə, Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırılıb. Bu səbəbdən Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan, Zeyvə və Kirvar kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Xəbər lenti