Xəzər Xəbər

Büdcə xərclərinin qeyri-neft gəlirləri hesabına təmini səviyyəsi artıb

İqtisadiyyat | 10:17 • 14 Avqust 2022
Büdcə xərclərinin qeyri-neft gəlirləri hesabına təmini səviyyəsi artıb

Bu ilin birinci yarısında dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artım tempi cari xərclərin artım tempini üstələyib.

Hesablama Palatası tərəfindən hazırlanan “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”da əksini tapıb.

Hesabat dövründə cari xərclər 8714,1 mln. manat, əsaslı xərclər 3434,8 mln. manat və dövlət borcu üzrə xərclər 787,7 mln. manat məbləğində icra edilib ki, bu da əvvəlki ilin müvafiq göstəricilərindən olaraq 13,8%, 12,5% çox və 10,8% azdır.

Aparılan təhlillə 6 ayda cari xərclərin qeyri- neft gəlirləri hesabına təmin olunma səviyyəsinin ötən ilin müvafiq dövrünə nisbətən artdığı və ya büdcənin qeyri-neft gəlirlərinin artımının cari xərclərinin artımını üstələdiyi müəyyən edilib ki, bunu da müsbət hal kimi qiymətləndirmək olar. (APA)

Xəbər lenti