Xəzər Xəbər

Azərbaycanda meyvə qıt olacaq

İqtisadiyyat | 17:43 • 13 Avqust 2022
Azərbaycanda meyvə qıt olacaq

Havanın isti keçməsi Lənkəranlı fermerləri narahat edir. 

Bu barədə yerli kanalda məlumat verilib. 

Çox yüksək temperatur sitrus meyvələri üçün arzuolunan deyil. Belə davam etsə, mandarin, portağal və digər sitrus meyvələrinin məhsuldarlığı aşağı düşəcək. 

Bildirilir ki, limonun məhsuldarlığı keçən ilə nisbətən bir qədər aşağıdır. Mutəxəssislərin sözlərinə görə, sitrus bağlarında temperatur 33-35 dərəcə olmalıdır. Limon ağaclarının çiçək açan vaxtı havanın hərarətinin 35 dərəcə olması arzuolunan deyil. 

Havalar isti olanda bitkinin böyüməsi üçün suyu çatdıra bilmədiyindən meyvələr kiçik olur, ya da yetişən məhsulun 20-30 faizi məhv olur. 

Hazırda isti səbəbindən sitrus ağaclarının məhsuldarlığı 3-4 dəfə aşağı düşüb. /Cebhe.info

Xəbər lenti