Xəzər Xəbər

Bakının bu ərazisindəki EVLƏR SÖKÜLMƏYƏ BAŞLADI - SAKİNLƏR KÖÇÜRÜLÜR

İqtisadiyyat | 1,282 | 11:49 • 13 Avqust 2022
Bakının bu ərazisindəki EVLƏR SÖKÜLMƏYƏ BAŞLADI - SAKİNLƏR KÖÇÜRÜLÜR

Bakının Nizami rayonunda daha bir yaşayış binasının sökülməsinə başlanılıb.

XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, bu Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 88-98 ünvanında yerləşən binadır.

Həmin binadan artıq sakinlərin köçürülməsinə başlanılıb.

Qeyd edək, sözügedən ünvanda yerləşən binalardan biri artıq bir neçə ay əvvəl sökülüb. Ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur.

İlkin mərhələdə 5, növbəti mərhələdə isə 6 binanın söküləcəyi gözlənilir.

Xəbər lenti