Xəzər Xəbər

Rusiya bu ölkələrə neft nəqlini dayandırdı: Səbəb yenə Ukraynadır

İqtisadiyyat | 14:47 • 10 Avqust 2022
Rusiya bu ölkələrə neft nəqlini dayandırdı: Səbəb yenə Ukraynadır
Rusiya 3 Avropa ölkəsinə neft nəqlini dayandırıb.
 
Rusiyanın neft kəməri "Transneft” şirkəti Rusiya neftinin Ukrayna üzərindən Avropaya daşınmasının dayandırıldığını bildirib. Neft nəqlinin dayandırıldığı ölkələr arasında Macarıstan, Çexiya və Slovakiya var.

 "Transneft”dən verilən açıqlamada bildirilib ki, gəmiçilik xidməti üçün "Ukrtransnafta”ya edilən son ilkin ödənişlər "Transneft”ə qaytarılıb. Sözügedən vəziyyətin Aİ-nin sanksiyaları səbəbindən yarandığı vurğulanıb.
 
Şirkətin "Drujba” xəttinin digər filiallarında da daşımaların davam etdiyi, Belarus üzərindən Polşa və Almaniyaya daşınmalarda heç bir problem olmadığı bildirilib./azxəbər

Xəbər lenti

Parisdə bazar yanır FOTO
19:22 • 25 Sentyabr 2022