Xəzər Xəbər

Mərkəzi Bankın valyuta ehtiyatları 1 milyard dollara yaxın artdı

İqtisadiyyat | 14:44 • 1 İyul 2022
Mərkəzi Bankın valyuta ehtiyatları 1 milyard dollara yaxın artdı

Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ilin iyunun 30-na rəsmi valyuta ehtiyatları açıqlanıb.

XəzərXəbər-in məlumatına görə, AMB-nin sözügedən dövrə valyuta ehtiyatları 7 371,9 mln ABŞ dolları təşkil edib.

 

Bu isə cari ilin may ayı ilə müqayisədə 2% (141,2 mln dollar), 2021-ci ilin eyni dövrü ilə müqayisədə 14,2% (916,6 mln dollar) çoxdur.

Rubrikanın digər xəbərləri

Xəbər lenti