Xəzər Xəbər

Azərbaycanda bu şəxslərin maaşı artırıldı

İqtisadiyyat | 11:23 • 29 İyun 2022
Azərbaycanda bu şəxslərin maaşı artırıldı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2021-ci ildə işçilərin orta sayı 14 891 nəfər, işçilərə hesablanmış əməkhaqqı 84 255,996 min manat olub.

XəzərXəbər xəbər verir ki, işçilərə hesablanmış əməkhaqqı məbləğində 2020-ci il ilə müqayisədə 1 934,649 min manat və ya 2,4% artım müşahidə olunub.

İşçilərin əmək haqqından 23 283,652 min manat sosial müdafiə fonduna ayırmalar hesablanıb, ondan 970,196 min manat müəssisəyə xərclənib və fondunun hesabına 22 671,994 manat köçürülüb. Hesablanmış penya 1 848,994 min manat olub və ondan 1 542,381 manat fondunun hesabına köçürülüb. Hesabat ilinin sonuna fond üzrə 202,269 min manat artıq ödəmə qalığı və 1 609,413 min manat öhdəlik üzrə borc qalığı olduğundan, yekunda fonda sosial öhdəliklər üzrə 1 407,145 min manat yekun borc qalığı qalıb.

31.12.2021-ci il tarixə işçilərə 5 707,301 min manat əmək haqqı üzrə borc qalığı qalıb.

Xəbər lenti