Xəzər Xəbər

Su ehtiyatlarının qiymətləndirilməsində “Azersky”dan istifadə olunacaq

İqtisadiyyat | 16:12 • 28 İyun 2022
Su ehtiyatlarının qiymətləndirilməsində “Azersky”dan istifadə olunacaq

Azərbaycan Respublikasının Kosmik Agentliyində (Azercosmos) Fransanın “BRL Ingénierie” konsaltinq şirkəti ilə su ehtiyatlarının qiymətləndirilməsinə dair görüş keçirilib.

“Azercosmos”dan verilən məlumata görə, görüş Azərbaycanda su ehtiyatları, yeraltı və yerüstü suların təyini və qiymətləndirilməsində müasir texnologiyaların istifadəsinə həsr olunub.

Görüşdə “Azersky” peykinin təsvirlərindən istifadə etməklə ənənəvi üsullardan fərqli olaraq ölkədə su ehtiyatlarının səmərəli metodlar vasitəsilə kompleks qiymətləndirilməsi üzrə təkliflər səsləndirilib.

Qeyd edək ki, "Azersky" peyk təsvirlərindən, müasir analiz və monitorinq alətlərindən istifadə etməklə su ehtiyatlarının yerini 80% - 95% dəqiqliklə təyin etmək mümkündür. Bu da öz növbəsində su ehtiyatları və onların səmərəli istifadəsi imkanlarını yaradır.

Xəbər lenti