Xəzər Xəbər

Türkiyənin qış geyim malları 70 faiz bahalaşacaq – Yeni mövsümdən

İqtisadiyyat | 22:53 • 24 İyun 2022
Türkiyənin qış geyim malları 70 faiz bahalaşacaq – Yeni mövsümdən

Türkiyə istehsalı olan qış geyimləri yeni mövsümdən 70 faiz bahalaşacaq.

“Bloomberg” xəbər verir ki, bu proqnozu “Gürmen Qrup” idarə heyətinin üzvü Zeynep Doğan verib.

Doğan qeyd edib ki, son bir ildə geyim mallarının istehsal xərci iki dəfəyə yaxın artıb. O artan xərclərin geyim mallarının qiymətlərində özünü göstərəcəyini dedi: “Sektor nümayəndələri qışda indiki qiymət artımları ilə yanaşı qiymət artımının 70 faizə çatacağını gözləyirlər. Son bir ildə hazır geyimlərin istehsal dəyəri 2 dəfəyə yaxın artıb. Valyuta məzənnəsindəki artımın təsiri ilə xammal qiymətləri 130 faiz yüksəldiyi halda, maya dəyərində 35 faiz paya sahib olan əmək xərcləri 50 faiz, enerji xərcləri isə təxminən 5 dəfə artıb. Xammal qiymətlərindəki artım 2021-ci ilə yayılsa da, enerji və əmək xərclərində artım son 6 ayda daha intensiv olub. Bu dəyişikliklərin son məhsulların qiymətlərinə əks olunması qaçılmazdır”.

Doğan may ayında hazır geyim qiymətlərində 30 fiz artım olduğunu ifadə edərək, yeni mövsümdə qış mallarının 70 faiz bahalaşacağını söylədi: “Pandemiyanın başlanğıcından bəri yun və pambıq kimi əsas xammalda 100 faizə yaxın xarici valyutada artım baş verib. Təbii ki, bu qiymət artımları tədricən pərakəndə satışlarda da qiymət artımına səbəb olacaq”./Sfera.az

Xəbər lenti