Xəzər Xəbər

"Tesla"da ixtisarlar: 10 min nəfərlə sağollaşır

İqtisadiyyat | 18:35 • 23 İyun 2022
"Tesla"da ixtisarlar: 10 min nəfərlə sağollaşır

"Tesla"nın işçi heyəti üç ay ərzində 10 faiz ixtisar ediləcək. 

Bu barədə "Tesla" şirkətinin baş direktoru və dünyanın ən varlı adamı İlon Mask Bloomberg-ə müsahibəsində bildirib. 

Onun sözlərinə görə, işçilərin əmək haqqı və iş saatı bundan sonra artırlacaq. 

Milyarderin fikrincə, menecerlər həftədə ən azı 40 saat iş yerində vaxt keçirməlidirlər. 

Bloomberg-in məlumatına görə, hazırda "Tesla" şirkətində dünya üzrə 100 min işçi çalışır. Bu da o deməkdir ki, "Tesla" 10 min nəfərlə sağollaşmağı düşünür. /Publika.az

Xəbər lenti