Xəzər Xəbər

Neftin büdcədə qiyməti 70 dollardan götürülür - Nazir açıqladı

İqtisadiyyat | 11:31 • 23 İyun 2022
Neftin büdcədə qiyməti 70 dollardan götürülür - Nazir açıqladı

"Növbəti 7 ay üçün neftin büdcədə qiymətini 70 dollara kimi artırırıq"

Xezerxeber.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov "APA-Economics"ə eksklüziv açılamasında bildirib.

Nazir bildirib ki, 85 dollar orta illik qiymət olaraq götürülüb: "Orta illik qiymət o deməkdir ki, 5 ay ərzində faktiki satış qiyməti nəzərə alınıb. Çünki, bu, daha yüksəkdir. Konyuktur neft hasil edən ölkələr üçün çox münbit olub. Növbəti 7 ay üçün hökumətin büdcə layihələrinə dəyişiklik nəzərdə tutulub. Həmin layihədə illik qiymət 85 dollar olacaq. Bu isə o deməkdir ki, növbəti 7 ay üçün qiymət proqnozunu 50 dollardan 70 dollara qədər artırırıq. Bunun nəticəsində illik 85 dollarlıq qiymət alınacaq".

Xəbər lenti