Xəzər Xəbər

Azəbaycanda uçuş qiymətləri bu yolla ucuzlaşacaq AÇIQLAMA

İqtisadiyyat | 14:43 • 21 İyun 2022
Azəbaycanda uçuş qiymətləri bu yolla ucuzlaşacaq

“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus aviabiletlərin baha olması hər zaman əhali arasında narazılıq yaradan məsələlərdən biri olub. Bu mövzu ötən günlərdə Milli Məclisdə də geniş tənqid olunub.

Bəs aviabiletlərin qiymətinin aşağı olmasına necə nail olmaq olar?

 

İqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında bildirdi ki, AZAL-da qiymətlərin aşağı enməsinin 2 çıxış yolu var:

“Onlardan birincisi xarici şirkətlərin Azərbaycan bazarına rahat daxil olması üçün prosedurları asanlaşdırmaqdır. Bununla da, istənilən şirkət ölkə qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərməsini təsdiq edən sənədlər göstərən kimi Azərbaycanda fəaliyyətə başlaya bilər. Bu zaman AZAL-ın hər hansı icazəsi tələb olunmamalı, şirkət tərəfindən maneəyə səbəb olmamalıdır. Bazara xarici şirkətlərin daxil olması nəticədə qiymətlərin aşağı enməsinə gətirib çıxaracaq”.

Ekspertin sözlərinə görə, ikinci vacib məqam AZAL-ın yerüstü xidmətlərdə də inhisarçı mövqedə olmasıdır:

“Yəni hava limanlarında yerüstü xidmətləri AZAL-ın törəmə şirkətləri göstərməməlidir. Bu sahəyə xarici şirkətlərin böyük marağı var. Məsələn, türk şirkətləri bu xidmətlər üçün Azərbaycana dəfələrlə müraciət ediblər. Başqa xarici və yerli şirkətlər də bu sahədə məmnuniyyətlə çalışa bilərlər”. 

“AZAL-ın törəmə şirkətləri yerüstü xidmətlərin göstərilməsindən kənarlaşdırılmalıdır. Çünki biletlərin baha olmasının səbəblərindən biri də yerüstü xidmətlərin çox baha qiymətə rəsmiləşdirilməsidir ki, bu da qiymət artımına şərait yaradır”, - deyə N. Cəfərli əlavə edib./Ölkə.Az

Xəbər lenti