Xəzər Xəbər

Dövlət Xidməti bu mağazalara qarşı iş qaldırıb

İqtisadiyyat | 12:10 • 21 İyun 2022
Dövlət Xidməti bu mağazalara qarşı iş qaldırıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinihsar qanunvericiliyinin tələblərinin pozulmaması və haqsız rəqabətə yol verilməməsi məqsədilə tədbirləri davam etdirir.

Dövlət Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində mobil telefon cihazları bazarında araşdırmalar aparılıb, təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib. 

Sorğuda tələb olunan sənəd və məlumatları təqdim etməyən “V-TELECOM” MMC, “İMPERİUS” MMC və “BUL ELECTRONİCS” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə qaldırıb.

 

Xəbər lenti