Xəzər Xəbər

Tarixdə ilk dəfə Azərbaycanın neft və qaz ixracından əldə etdiyi gəlirlər bərabərləşir

İqtisadiyyat | 11:36 • 20 İyun 2022
Tarixdə ilk dəfə Azərbaycanın neft və qaz ixracından əldə etdiyi gəlirlər bərabərləşir

Tarixdə ilk dəfə Azərbaycanın neft və qaz ixracından əldə etdiyi valyuta gəlirləri bərabərləşməkdədir.

Xezerxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında ““Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, bu ilin 5 ayında neft ixracından 3,8 milyard dollar, qaz ixracından 3,5 milyard dollar gəlir əldə olunub.

Xəbər lenti