Xəzər Xəbər

Hindistan düyü ixracını məhdudlaşdırır?

İqtisadiyyat | 14:25 • 27 May 2022
Hindistan düyü ixracını məhdudlaşdırır?

Hindistan düyü ixracı üçün yetərincə ehtiyata malikdir və hakimiyyət orqanları onun xaricə satışını məhdudlaşdırmağı planlaşdırmır.

Bu barədə “Times of India” qəzeti hökumətdə olan mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Hindistan hazırda xaricə düyü ixracını davam etdirir və onun qiyməti son beş ildə ən aşağı səviyyəyə düşüb. Dünya bazarında bir ton düyünün qiyməti 350-354 dollardır.

Ötən mövsüm Hindistanda rekord həcmdə - 129,66 milyon ton düyü yığılıb ki, bu da öncəki illə (121,1 milyon ton) müqayisədə 8,56 milyon ton çoxdur. Mart ayının 31-də başa çatan 2021-2022-ci maliyyə ilində Hindistan düyü ixracını 17,8 milyon tondan 21,2 milyon tona qədər artırıb. Anbarlarda düyü ehtiyatı 13,58 milyon ton planlaşdırılsa da, hazırda bu göstərici 66,22 milyon ton təşkil edir.

Bir müddət öncə Hindistan mediasında Nyu-Dehlinin xaricə buğda satışını məhdudlaşdırması səbəbindən düyü ixracının da azaldılacağı barədə informasiyalar yayılmışdı.

Xəbər lenti

Çox oxunanlar