Xəzər Xəbər

Nazir: Azərbaycan və BƏƏ əlaqələri zənginləşir

İqtisadiyyat | 14:27 • 21 May 2022
Nazir: Azərbaycan və BƏƏ əlaqələri zənginləşir

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında möhkəm dostluğa əsaslanan əlaqələr iqtisadi əməkdaşlığın gücləndirilməsilə zənginləşir.

XəzərXəbər xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" səhifəsində yazıb.

"Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yaradılmasından 14 il keçir", - nazir əlavə edib.

Xəbər lenti