Xəzər Xəbər

Dollar 58 rubldan aşağı düşdü - 2018-ci ilin aprelindən ilk dəfə

İqtisadiyyat | 13:49 • 20 May 2022
Dollar 58 rubldan aşağı düşdü - 2018-ci ilin aprelindən ilk dəfə

Moskva birjasında bu gün keçirilən hərraclar zamanı dolların məzənnəsi 2018-ci ilin aprelindən bəri ilk dəfə 58 rubldan, avronun məzənnəsi 2017-ci ilin aprelindən bəri ilk dəfə olaraq 60 rubldan aşağı düşüb.

Bakı vaxtı ilə saat 12:14-də dolların məzənnəsi 5,45% azalaraq 58,53 rubla, avronun məzənnəsi 60,91 rubla (-5,42%) düşüb. 

Moskva birjasında hərracların açılışında isə dolların rubla nisbətdə məzənnəsi əvvəlki hərracların bağlanış səviyyəsi ilə müqayisədə 9,5 qəpik artaraq 62 rubl, avronun məzənnəsi isə 60,5 qəpik azalaraq 63,7975 rubl təşkil etmişdi.

Moskva birjasının indeksi isə 1,26% azalaraq 2 405,94 bənd, RTS indeksi 4% artaraq 1 295,56 bənd təşkil edib. /Ölkə.Az

Xəbər lenti

Çox oxunanlar