Xəzər Xəbər

Bu il 500-ə yaxın azərbaycanlı Türkiyədə ev alıb

İqtisadiyyat | 15:37 • 17 May 2022
Bu il 500-ə yaxın azərbaycanlı Türkiyədə ev alıb

Bu il Türkiyədə mənzil alan azərbaycanlıların sayı bəlli olub.

Modern.az  xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu məlumat yayıb.

Məlumata görə, cari ilin yanvar-aprel aylarında 453 azərbaycanlı Türkiyədən ev satın alıb. Belə ki, yanvarda 89, fevralda 93, mart da isə 115 azərbaycanlı Türkiyədən ev sahibi olub.

Qeyd edək ki, ötən il isə 1517 azərbaycanlı Türkiyədə mənzil alıb. Alıcıların daha çox üstünlük verdiyi şəhərlər İstanbul, Antalya və paytaxt Ankaradır.

Xəbər lenti