Xəzər Xəbər

Evlərdə günəş panellərindən istifadə mümkün olacaq

Yenilənə bilən enerji mənbələrinin subsidiyalaşdırılması həyata keçirilir
İqtisadiyyat | 15:01 • 17 May 2022
Evlərdə günəş panellərindən istifadə mümkün olacaq

Azərbaycanda insanlar fərdi olaraq evlərinin damında günəş panelləri yerləşdirə biləcəklər.

Bunu energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, bunun üçün ilk növbədə bir çox mexanizmlər təmin olunmalıdır.

"Ölkəyə elektrik enerj mənbələrinin gətirilməsi əlbəttə ki, elektrik qiymətindən asılıdır. Azərbaycanda elektrik enerjisi bitməyib, nisbətən aşağıdır və bunu təbii ki, ehtiyatla tənzimləmək lazımdır. Çünki bu, orta maaşa görə uyğunlaşdırılır. Azərbaycan enerji sərvəti olan ölkədir. Əgər siz maaşınızın 10%-dən çoxunu məhz isinməyə sərf edirsinizsə, bu o deməkdir ki, enerji cəhətdən zəifsiniz. Azərbaycan özünü tamamilə elektrik enerjisi ilə təmin edir. Amma burada tək bazar qanunları deyil, burada həmçinin əlavə stimullar da tətbiq olunmalıdır",- deyə Elnur Soltanov qeyd edib.

O həmçinin əlavə edib ki, hazırda yenilənə bilən enerji mənbələrinin subsidiyalaşdırılması və maliyyələşdirilməsi həyata keçirilir.

"Təbii ki, istənilən subsidiya hesablamaları çətinləşdirir, amma düşünürəm ki, biz bu istiqamətdə düzgün fəaliyyətdəyik",- deyə Elnur Soltanov qeyd edib. (APA)

Xəbər lenti