Xəzər Xəbər

Hindistan buğda ixracına qadağa qoydu

İqtisadiyyat | 13:45 • 14 May 2022
Hindistan buğda ixracına qadağa qoydu

Hindistan buğda ixracını qadağan edib.

Xezerxeber.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Hindistanın Ticarət və Sənaye Nazirliyi qadağanın dərhal qüvvəyə mindiyini bəyan edib.

Müvafiq qərar bir çox amillər səbəbi ilə - dünyada buğda qiymətinin qəfil qalxması, bunun nəticəsində Hindistanın, qonşularının və digər həssas ölkələrin ərzaq təhlükəsizliyinin risk altında olması nəzərə alınaraq verilib.

Xəbər lenti