Xəzər Xəbər

Ən çox bahalaşan əsas ərzaq məhsulları AÇIQLANDI

İqtisadiyyat | 17:45 • 13 May 2022
Ən çox bahalaşan əsas ərzaq məhsulları AÇIQLANDI
Bu ilin aprelində mart ayı ilə müqayisədə qiymətləri ən çox artan əsas ərzaq məhsullarının adı açıqlanıb.
 
XəzərXəbər Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, tərəvəzlər apreldə də ən çox bahalaşan əsas qida məhsulu olub. Tərəvəzlərin qiyməti bir ay ərzində 6,9 faiz yüksəlib.
 
Tərəvəzlərdən başqa meyvələr 2,4 faiz, kərə və bitki yağları 2 faiz, qənd, cem, bal, şokolad və konfetlər 1,7 faiz, mineral sular, sərinləşdirici içkilər və şirələr 1,6 faiz, çörək, çörək məmulatları və yarmalar 1,1 faiz bahalaşıb.

Əsas qida məhsullarından yalnız toyuq yumurtasının qiyməti 7,7 faiz azalıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti