Xəzər Xəbər

Azərbaycanda geyim və ayaqqabılar bahalaşdı

İqtisadiyyat | 17:02 • 13 May 2022
Azərbaycanda geyim və ayaqqabılar bahalaşdı

Bu ilin aprel ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6%, əvvəlki ilin aprel ayına nisbətən 107,1% təşkil edib

XəzərXəbər bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, cari ilin aprel ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma geyim və ayaqqabıların, inşaat materiallarının, soyuducuların, kondisionerlərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, sabunların, şampunların və yazı kağızlarının qiymətlərində müşahidə olunub.

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Xəbər lenti