Xəzər Xəbər

Azərbaycanda bankların dollara tələbatı yenidən artdı

Bu gün banklara 45,5 milyon dollar satılıb
İqtisadiyyat | 14:50 • 12 May 2022
Azərbaycanda bankların dollara tələbatı yenidən artdı

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 45,5 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (10 may 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 12% artıb.

Ötən valyuta hərracında bankların tələbi 40,6 mln. ABŞ dolları təşkil etmişdi.

Rubrikanın digər xəbərləri

Xəbər lenti