Xəzər Xəbər

Dollar son 20 ilin ən yüksək həddinə yaxınlaşır

İqtisadiyyat | 10:42 • 12 May 2022
Dollar son 20 ilin ən yüksək həddinə yaxınlaşır

ABŞ dolları son 20 ilin ən yüksək həddinə yaxınlaşıb.

XəzərXəbər-in məlumatına görə, buna səbəb ABŞ-da inflyasiya həddinin gözlədiyindən daha az aşağı enməsi və Federal Ehtiyat Sisteminin (FED) aqressiv şəkildə pul siyasətini sərtləşdirməyə davam edəcəyi gözləntiləri olub.

Dollar indeksi cümə axşamı günü təxminən 0,1% geriləyərək 103,92 səviyyəsinə geriləsə də, 2002-ci ilin sonundan bəri ilk dəfə həftənin əvvəlində əldə edilən 104,19 səviyyəsinə yaxın olub.

Qeyd edək ki, istehlakçı qiymətləri indeksi aprel ayında illik olaraq 8,3%-ə yüksəlib, mart ayındakı 8,5% hədindən aşağı düşsə də, iqtisadçıların 8,1%-lik gözləntilərini aşıb.

Xəbər lenti