Xəzər Xəbər

Ukraynadan Rusiyaya XƏBƏRDARLIQ: Bu gündən Avropaya qaz nəqli azaldılacaq

İqtisadiyyat | 17:57 • 11 May 2022
Ukraynadan Rusiyaya XƏBƏRDARLIQ: Bu gündən Avropaya qaz nəqli azaldılacaq
Ukrayna mayın 11-dən Rusiyadan Avropaya qazın "Sohranivka” qazpaylama stansiyası vasitəsilə tranzitini dayandırır. Ukraynanın boru kəməri şirkəti Rusiyanın hücumları nəticəsində çərşənbə günü paylayıcı məntəqədə qazın kəsiləcəyini bildirib. Paylayıcı şirkəti qazın digər məntəqələrdən paylanmasının davam edə biləcəyini bildirsə də, "Qazprom” bunun mümkün olmadığını açıqlayıb.
 
"Bloomberg” xəbər verir ki, bu məlumatın yayılmasından sonra Avropada gündəlik qaz qiymətləri 5,4% artıb.
 
Rusiyanın "Qazprom” enerji şirkətinin nümayəndəsi Sergey Kupriyanov qeyd edib ki, Ukraynanın "Sohranovka” qazpaylama məntəqəsindən Rusiya qazının alınmasını dayandıracağı ilə bağlı onlara məlumat verildiyini və bunun səbəbini anlaya bilmədiklərini söyləyib. Paytaxt Moskvada jurnalistlərə açıqlama verən Kupriyanov deyib ki, "Sohranovka” məntəqəsi Ukraynadan keçən Rusiya qazının 30 faizini qəbul edir.
 
Ukraynanın fors-major vəziyyətə görə Sohranovkadan Rusiya qazını bir daha almayacağı barədə məlumat verdiyini qeyd edən Kupriyanov, "Ukrayna Qaz Ötürmə Sistemi Operatoru mayın 11-dən etibarən qaz alışını dayandıracağı xəbərdarlığını edib.

"Ukrayna xəbərdarlıq edib ki, Rusiya qazı "Sohranovka” limanına çatdırmağa davam edərsə, sözügedən təbii qazın həcmi Rusiya qazının Avropaya gedən həcmindən çıxılacaq. "Sohranovka” üzərindən ötürülən təbii qazın həcmini digər hissələrə ötürmək texnoloji cəhətdən mümkün deyil”.
 

Qeyd edək ki, Rusiya Avropaya göndərdiyi qazın 30 faizini Ukraynanın şərqindəki Donbas bölgəsində yerləşən və gündə təqribən 30 milyon kubmetr təbii qaz nəqletmə qabiliyyətinə malik "Sohranovka” vasitəsilə nəql edirdi./Sfera.az 

Xəbər lenti