Xəzər Xəbər

Nazirdən ƏDV-lər barədə AÇIQLAMA

İqtisadiyyat | 17:18 • 21 Yanvar 2022
Nazirdən ƏDV-lər barədə AÇIQLAMA

“2021-ci ildə qeyri-neft sektorundan ƏDV üzrə daxilolmalar 17 faiz, aksizlər üzrə 25 faiz, mənfəət vergisi üzrə isə 16,3 faiz artıb”.

XəzərXəbər-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

O bildirib ki, qeyri-neft sektorunda vergi daxilolmalarının ən yüksək artım templəri ictimai iaşədə 84,1 faiz, pərakəndə ticarətdə 53,7 faiz, sənayedə 29,3 faiz və xidmət sektorunda 19,7 faiz müşahidə olunub.

Xəbər lenti