Xəzər Xəbər

Avropada yeraltı anbarlardakı qaz ehtiyatları azalır

İqtisadiyyat | 10:02 • 16 Yanvar 2022
Avropada yeraltı anbarlardakı qaz ehtiyatları azalır

Avropada yeraltı anbarlardakı qaz ehtiyatlarının səviyyəsi 49,33 faizə düşüb.

Xezerxeber.az xəbər verir ki, bu göstəricilər “Gas Infrastructure Europe” məlumatında əks olunub.

Məlumatda qeyd olunub ki, bu, son beş ildəki orta göstəricidən 16 faiz aşağıdır. Hazırda Avropadakı anbarlarda 53 milyard kubmetr qaz var. Lakin hazırkı qaz tədarükü səviyyəsinin qorunub saxlanılacağı təqdirdə, martın sonuna qədər Avropada qaz ehtiyatları 15 milyard kubmetrdən aşağı düşəcək.

Xəbər lenti