Xəzər Xəbər

Paşinyan qərar imzaladı - Dəmiryolu xətti bərpa ediləcək

İqtisadiyyat | 11:50 • 15 Yanvar 2022
Paşinyan qərar imzaladı - Dəmiryolu xətti bərpa ediləcək

Arazdəyən-Horadiz dəmir yolunun Ermənistan hissəsinin bərpası üzrə işçi qrupu yaradılıb.

“Sputnik Armeniya” xəbər verir ki, bu, Ermənistan Baş naziri Nikol Paşinyanın müvafiq qərarında əksini tapıb.

Qərara əsasən, işçi qrup Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpası üzrə fəaliyyət göstərəcək və onun rəhbəri 3 ayda bir dəfə görülən işlər barədə Baş nazirə məlumat verəcək.

Bildirilib ki, 10 nəfərdən ibarət işçi qrupuna Ermənistanın İrandakı keçmiş səfiri Artaşes Tumanyan rəhbərlik edəcək.

Xəbər lenti

Çox oxunanlar