Xəzər Xəbər

"AZAL"da işləmək istəyənlərin nəzərinə: Şirkət bu peşələr üzrə vakansiya elan edir

İqtisadiyyat | 15:30 • 14 Yanvar 2022
"AZAL"da işləmək istəyənlərin nəzərinə: Şirkət bu peşələr üzrə vakansiya elan edir

Biletlərin baha olmasına görə, cəmiyyətin müxtəlif təbəqələri tərəfindən tənqidlərə məruz qalan “Azərbaycan Hava Yolları” (AZAL) bir neçə sahə üzrə vakansiya elan edir.

XəzərXəbər xəbər verir ki, 2016-ci ildə 2 milyondan çox sərnişin daşıyan AZAL, “Azəraeronaviqasiya” dizayn üzrə mütəxəssis, “AZALOİL” sürücü“AZALOİL” yanacaq-sürtkü materiallarının qəbulu üzrə avadanlığın maşinisti, “AZALOİL” Yanacaq doldurma stansiyasının operatoruUçuşlara nəzarət şöbəsinin dispetçeri, “Azəraeronaviqasiya” naviqator və digər istiqamətlər üzrə mütəxəsis axtarır.

Bu peşələr üzrə işləmək istəyənlər “Azərbaycan Hava Yolları” ilə əlaqə saxlaya və ya şirkətin İnsan Resurslarına müraciət edib ətraflı məlumat əldə edə bilərlər.

Xəbər lenti