Xəzər Xəbər

Tibbi xidmətlərin ƏDV-dən azad edilməsi müddəti artırıldı

İqtisadiyyat | 15:28 • 13 Yanvar 2022
Tibbi xidmətlərin ƏDV-dən azad edilməsi müddəti artırıldı

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilib. 

Bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununu imzalayıb. 

Dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin əlavə dəyər vergisindən (ƏDV) azad edilmə müddəti 2023-cü il yanvarın 1-dək artırılıb. 

Qeyd edək ki, dəyişikliyə qədər bu müddət 2022-ci il yanvarın 1-dək göstərilirdi.

Xəbər lenti