Xəzər Xəbər

Ötən ilin dekabrında neft hasilatı 597,1 min barel olub

İqtisadiyyat | 14:57 • 12 Yanvar 2022
Ötən ilin dekabrında neft hasilatı 597,1 min barel olub

Ötən ilin dekabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 717,6 min barel olub.

Energetika Nazirliyindən bildirilib ki, bunun 597,1 min barelini xam neft, 120,5 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 22-ci iclasında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyinin dekabrda gündəlik 64 min barel təşkil edəcəyi, gündəlik xam neft hasilatını isə noyabr ayı ilə müqayisədə 7 min barel artırmaqla 654 min barel həcmində saxlaması nəzərdə tutulurdu.

Nazirlərin 23-cü iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barel artırılaraq 661 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 57 min barel həcmində olması nəzərdə tutulur.

Rubrikanın digər xəbərləri

Xəbər lenti