Xəzər Xəbər

Bu il ölkənin xalis maliyyə aktivləri 740,1 milyon dollar artıb

İqtisadiyyat | 15:27 • 9 Dekabr 2021
Bu il ölkənin xalis maliyyə aktivləri 740,1 milyon dollar artıb

Bu ilin doqquz ayı üzrə ölkənin xalis maliyyə aktivləri 740,1 milyon dollar artıb. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (132,2 milyon dollar), portfel investisiyaları (388,2 milyon dollar) və digər investisiyalar (219,7 milyon dollar) hesabına formalaşıb.

Xezerxeber.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 717,4 milyon dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (-617,1 milyon dollar), neft bonusu (454,1 milyon dollar), portfel investisiyaları (-177,7 milyon dollar) və digər investisiyalar (-376,7 milyon dollar) hesabına formalaşıb.

Xəbər lenti