Xəzər Xəbər

Elektromobillərə keçid 500 min insanı işsiz qoyacaq

İqtisadiyyat | 11:21 • 7 Dekabr 2021
Elektromobillərə keçid 500 min insanı işsiz qoyacaq

Avropa ölkələri "yaşıl" texnologiyalara, xüsusən də elektromobillərə çox sürətli keçid səbəbindən 500 min iş yerini itirəcək.

"Bloomberg"in verdiyi məlumata görə, bu, "Clepa" Avropa Avtomobil Təchizatçıları Assosiasiyası tərəfindən keçirilən sorğunun nəticələrindən irəli gəlir.

Sorğuya qatılan 100-ə yaxın şirkət hesab edir ki, 2035-ci ilədək Avropada benzin və dizellə işləyən avtomobillər qadağan edildikdə, "yaşıl" texnologiyalara keçidin kütləvi işsizlik şəklində sosial və iqtisadi nəticələri olacaq.

Eyni zamanda, elektrik detallarının və akkumulyatorlarının istehsalı sahəsində 226 min yeni iş yeri yaranacağı gözlənilir ki, bu da itirilmiş iş yerlərinin ümumi sayını 275 minə endirəcək.

Avropa Komissiyası 2035-ci ilə qədər yeni avtomobillərdən CO2 emissiyalarını tamamilə aradan qaldırmaq niyyətini açıqlayıb.

3 mindən çox avtomobil şirkətini təmsil edən "Clepa” iddia edir ki, ara texnologiyalardan istifadə "yaşıl" nəqliyyata keçidin şokunu yumşaldacaq.

Almaniya hökumətinin fikrincə, daxili yanma mühərrikli avtomobillərdən imtinaya görə ölkə 400 min iş yerini itirə bilər./Redaktor.az

Xəbər lenti