Xəzər Xəbər

Əməkhaqqları ilə bağlı YENİ XƏBƏR - Növbəti ildən 2 faizə çatdırılacaq

Gələn ildən əməkhaqqından tutulma artacaq
İqtisadiyyat | 2,964 | 15:10 • 2 Dekabr 2021
Əməkhaqqları ilə bağlı YENİ XƏBƏR - Növbəti ildən 2 faizə çatdırılacaq

2022-ci ildən əməkhaqqından icbari tibbi sığorta üçün tutulacaq məbləğ artırılacaq. 

XəzərXəbər bildirir ki, 2021-ci ildə 1 faiz olan icbari tibbi sığorta haqqı növbəti ildən 2 faizə çatdırılacaq. 

2022-ci ildən minimum əməkhaqqının 300 manata çatdırılacağı gözlənilir. Bu məbləğdə olan maaşlardan icbari tibbi sığortaya görə tutulma 6 manata yüksələcək.

Ümumi tutulacaq məbləğ isə 23,5 manat olacaq. Rəsmi maaşı 300 manat olan şəxslər hər ay 276,5 manat əldə edəcəklər. Tutulmaların 16 manatı "pensiya fondu”na ödənişə, 6 manatı icbari tibbi sığorta haqqına, 1,5 manatı işsizlikdən sığorta haqqına ayrılacaq. /sfer.az

Xəbər lenti