Xəzər Xəbər

Ötən ay xarici vətəndaşlar bank kartları vasitəsilə 124,4 milyon manatlıq əməliyyatlar aparıblar

İqtisadiyyat | 18:00 • 30 Noyabr 2021
Ötən ay xarici vətəndaşlar bank kartları vasitəsilə 124,4 milyon manatlıq əməliyyatlar aparıblar

Cari ilin oktyabr ayında xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 124,4 milyon manat təşkil edib.

Xezerxeber.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın noyabr sayına istinadla xəbər verir ki, 2021-ci ilin yanvar-oktyabr aylarında isə əcnəbilər bank kartları vasitəsilə 960,9 milyon manatlıq əməliyyat aparıblar.

Xəbər lenti