Xəzər Xəbər

Lirənin dəyər itirməsi “SOCAR Türkiyə”nin işinə təsir göstərir? - RƏSMİ

İqtisadiyyat | 14:18 • 30 Noyabr 2021
Lirənin dəyər itirməsi “SOCAR Türkiyə”nin işinə təsir göstərir? - RƏSMİ

“Bu gün lirə üzrə risklər şirkətimiz tərəfindən qəbul olunan risklərdir”.

XəzərXəbər xəbər verir ki, bunu “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov Türkiyədə baş tutan media konfransında deyib.

O bildirib ki, buna baxmayaraq, şirkətin lirə ilə bağlı böyük riskləri yoxdur:

“SOCAR Türkiyənin lirə ilə böyük həcmdə kreditləri mövcud deyil. Şirkətin müəyyən gündəlik xərcləri lirə ilədir. Lirə ilə bağlı böyük risklərimiz yoxdur”.

Zaur Qəhrəmanov əlavə edib ki, təbii olaraq iqtisadiyyatda artım olmalıdır və lirənin məzənnəsinə baxmayaraq, hazırda Türkiyə iqtisadiyyatı çalışır:

“Türkiyənin 3 milyard dollara yaxın ixracı mövcuddur. Bu ixrac tarixində görülməmiş bir rəqəmdir. Yəni bu iqtisadiyyatın çalışdığını göstərir”.

Xəbər lenti