Xəzər Xəbər

"Star" Türkiyə üçün təyyarə yanacağı da istehsal edir - Zaur Qəhrəmanov

İqtisadiyyat | 12:59 • 30 Noyabr 2021
"Star" Türkiyə üçün təyyarə yanacağı da istehsal edir - Zaur Qəhrəmanov

"İldə 11 milyon ton xam neft emal həcmi olan "Star" Neft Emalı Zavodu dizel və naftadan əlavə Türkiyənin cari çatışmazlığının əhəmiyyətli komponentlərindən olan təyyarə yanacağı və LPG kimi neft məhsulları da istehsal edir".

XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş" nin baş icraçı direktoru Zaur Qəhrəmanov deyib.

O bildirib ki, zavod Türkiyənin işlənmiş neft məhsulları ehtiyacının təxminən 25%-ni qarşılayir:

"Gündəlik 35 min kubmetr xam neft emalı qabiliyyətinə malik olan zavodun saxlama tutumu 2020-ci ildə yeni məhsul çənləri layihəsinin tamamlanması ilə 1,9 milyon kubmetrə çatdı. Səmərəliliyi və əməliyyat rahatlığını artırmaq üçün təxminən 600 milyon dollar əlavə saxlama investisiyaları qoyulub. Bu investisiyalar başa çatdıqda, "Star"ın anbar tutumu 1,6 milyon kubmetrdən 2,2 milyon kubmetrə qədər artacaq.

Bu layihələrdən birinin 2021-ci ildə, digərinin isə 2022-ci ildə tamamlanması hədəflənir".

Xəbər lenti